Nə edim ki, nişanlım əvvəl etdiyim səhvə görə məni bağışlasın?
Sual:
Salam Aleykum menim 19 yaşım var nişanlıyam keçmiçde sevgilim olub qucaglayıb öpüb meni bunu nişanlım öyrendi.her xırda detalına kimi dedim.indi meni bağışlaya bilmir sevgilim olan adamda tanışdı.nişanlım çox dine bağlı insandı mene namaz qılıb hicab bağlasan seni bağışlayaram dedi mende namaz qılıram hicabda inşaAllah aile qurandan sora bağlayacam.her xırda söbetde nişanlım olanları üzüme vurur bir birimizden soyuruq nece edim meni bağışlasın.keçmişde olalara göre qohumlarımı günahkar bilir meni olardan uzğlaşdırır bu ne derecede düzgündü ne ede bilerem hem meni hemde qohumlarımı bağışlasın.geleceyde prablemlerimiz olmasın..
Cavab:
Və aleykum Salam. Hər bir müsəlman keçmişdə etdiyi günahlara görə tövbə etməli və onları gizlədərək heç kimə danışmamalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətimin hamısı əfv ediləcək. Yalnız günahlarını yayanlardan başqa. (Məsələn,) birisi gecə bir günah edir və səhəri gün Allah onun bu qələtini ört-basdır etdiyi halda (dost-aşnasına): "Ey filankəs, mən bu gecə filan, filan işləri görmüşəm"- deyir. Gecə Rəbbi onun (günahının) üstünə örtük çəkir, səhər isə o, Allahın bu örtüyünü açır". (Səhih əl-Buxari, 6069). Nişanlınıza hər bir insanın səhvi olduğunu, insan tövbə edərsə Uca Allahın onu bağışladığını bildirin və gələcək həyatınızda ona sadiq olacağınıza inandırmağa çalışın. Uca Allahın bağışlayan olduğunu və insanlardan da bağışlayanlar üçün böyük mükafat hazırladığını xatırladın: "Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir". (əş-Şura, 40). Həmçinin, Allahın sevgisini qazandıracaq əməllər edin, Allah kimi sevsə, insanlara da onu sevdirər. Uca Allah buyurur: " İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq". (Məryəm, 96). Həmçinin oxuyun: