Haqsızlıq edənə halallıq verilməsə, Allah onu bağışlayacaqmı?

    30.11.2020
Kimdən: 
Aytac
Sual: 
salam eleykum. Anasi rehmete getmiş bir qızın anasından yadigar qalan, zinet eşyasını(boyunbağı) alaraq yalan yere toya taxacam deyerek elinden alaraq qaçıb gedib ölkeden. Ona halallıq vermese Allah onu o dünyada bağışlayacaqmı? xaiş edirem cavablandırın.
Cavab: 
Və aleykum Salam. Uca Allah qul haqqını hətta Onun yolunda cihad edib şəhid olana bağışlamır. Qul haqqı çox mühüm məsələdir. Əgər siz ona halallıq verməsəniz bu insan tövbə etmiş olsa belə Uca Allah onu bağışlamayacaq, çünki qul haqqına gorən insanın tövbəsinin məqbul olmasının şərtlərindən biri də budur ki, haqq sahibindən halallıq almalıdır. Bu cavabları oxuyun:
Paylaş: