Boğazında qalan loxmanı imsakdan sonra udanın orucu pozulurmu?
Sual:
Salam.İmsakda yediyim yemek bogazimda ilismisdi orucu tutduqdan sonra udqunanda uduldu,orucum pozuldu?
Cavab:
Aleykum salam. Boğazda ilişən yeməyi imsakdan sonra udmaq orucu pozmur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hətta imsak vaxtı girdikdən sonra əlində loxması qalanın bu loxmasını tamamlamağa icazə vermişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın". (Əbu Davud, 2333). Həmçinin oxuyun: