Videoda edilən duaya əlləri qaldırıb qoşulmaq olarmı?
Sual:
Salam.Men oz dilimle dua etmeyib,youtube ve yahud basga videoda dua eden insana gulag asib ellerimi qoya qaldirib onun dualarina qoshulmush sayiliram mi?
Cavab:
Və aleykum Salam. Dinimiz bir şəxsin yanında olan, səsini eşidib özünü görən adamın etdiyi dualara "Əmin" (Allahım qəbul et!) deməklə bu dualara şərik olmağı buyurmuşdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İmam "Əmin" deyəndə, siz də "Əmin" deyin! Bilin ki, kimin "Əmin" deməsi mələklərin "Əmin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar". (Səhih əl-Buxari, 738, 780). Muslimdə gələn hədisdə isə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizdən biri namazda “Əmin” deməsi mələklərin səmada "Əmin" deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar". (Səhih Muslim, 618, 942). Lakin, burada şərt budur ki, dua edən adam sənin yanında olsun və sən onu həm eşidib, həm də görəsən. Video və ya televizor vasitəsilə edilən dualara isə əlləri qaldırıb "əmin" demək düzgün deyil. Həmçinin oxuyun: