Sübh namazının yalnız fərzini qılmaq düzgündür?
Və aleykum Salam. Siz yalnız fərzi qılmaqla vacib olanı yerinə yetirmiş olursunuz. Lakin əgər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutmusunuzsa, Peyğәmbәrimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sübh namazının sünnətini demək olar ki, heç vaxt tərk etməmişdi. Hətta səfərdə belə onu buraxmamışdı. Bu namazı qılmayan insan böyük bir mükafatdan məhrum olur, lakin günah sahibi olmur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sübh namazının iki rükət (sünnəsi) dünya və onun içindəkilərindən daha xeyirlidir". (Səhih Muslim, 1721).
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) nafilə namazlarından heç birini Sübh namazının sünnəsi kimi davamlı qılmamışdır". (Səhih əl-Buxari, 1169).