Yaşlı naməhrəm qadınlara sosial şəbəkələrdə dinə aid məlumatlar göndərmək olarmı?

    16.12.2020
Kimdən: 
.
Sual: 
Salam aleykum WhatsApp Facebook Instagram bacardıqca paylaşiram bu dini əlhəmdulillah Sualım beledi ki Anamın vatsapinda qonşu vatsaplari naməhrəm qadın vatsaplari goturdumki dini paylaşmaq üçün sadece amma yaslidirlar həmçinin dayı oğlu arvadı veya xala qızı hansiki evlidirlər dini paylaşmaq olarmı elə-belə 1inə yazdım ki kontaktizaı adımı yazın statuslarım görünsün belke nese göre təsir ede Hidayetoluna veya nese oyreler ümumiyyətlə günah etmirəm ki bəziləri yaşlıdır qonşu ve sair... Yanı yazışma niyyətim yoxdur sadəcə status görsünlər veya arada məqalə veya dini bir şey atmaq nömrələr qeyde edimki yazışma yoxdur sadəcə paylasiram
Cavab: 
Və aleykum Salam. Allahın dininə dəvət etmək ən fəzilətli əməllərdən biridir və bu, hər bir müsəlmanın borcudur. Uca Allah bu xüsusda buyurur: "(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33). Həmçinin buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104). Lakin, dəvətin uğurlu və bərəkətli olması, onun sırf Allah rizası üçün və eyni zamanda şəriətə müvafiq olmasına bağlıdır. Odur ki, əgər belə etməkdə niyyətiniz sırf Allah rizası üçün dəvətdirsə və şəriətə müxalif əməllər yoxdursa, inşallah burada bir qəbahət yoxdur. Hər bir halda çalışın naməhrəmlə ünsiyyətdən və şəxsi yazışmadan çəkinəsiz, çünki bəzən şeytan insanı harama aparmaq üçün bu yollardan istifadə edir. Daha ətraflı:
Teqlər: 
Paylaş: