İstəmədən gözün harama baxması günahdırmı?

    11.10.2020
Kimdən: 
Ziya
Sual: 
İstemeden gözün harama deymesine göre insan günah qazanırmı? Ve buna göre tövbe etmeliyik?
Cavab: 
Salam aleykum. Əli İbn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Ey Əli, baxışın ardınca ikinci dəfə baxma. Çünki ilk baxış lehinə, ikinci isə əleyhinədir". (Əbu Davud, 2149; ət-Tirmizi, 2777).
Həmçinin İslam alimləri demişlər: "Şəhvətsiz olsa da baxış fitnənin başıdır. Fitnəyə səbəb olan hər bir şeyin əsli də, onun icazəli olmamasıdır". (Məcmuu Kutubi vər-Rasaili İbn Teymiyyə, 15/415). Həmçinin demişlər: "Kim təkrar baxarsa və baxışlarını davam etdirərsə, sonra da "Mən şəhvətsiz baxıram!" deyərsə, o yalançıdır. Çünki, baxış onun qəlbində həzz əmələ gətirir. Amma qəflətən, bilmədən baxarsa, gözünü dərhal çevirdiyi halda o kəs bağışlanar". Həmçinin oxuyun: Naməhrəmə baxmaq günahdırmı?
Paylaş: