Evdən cadu tapılıbsa, onu nə etmək lazımdır?
Sual:
Salam men oz evimde balkona instrumentlerim olan sumka qoymusam bu gun tesadufen onun icinden levazimat goturmek istedikde icerisinden balaca steplerlenmis ve bukulmus bir kaqiz tapdim ve mene maraqli geldiyi ucun stepleri sokub acdim icerisinde rus diline ve ukrayna dilinde benzer yazilar cap olunmusdu cadu olduqumu basa dusdum ve onu harda ozutdurmaq mumkundur cox saqolun
Cavab:
Va aleykum Salam. Əgər cadugərin etdiyi cadu tapılarsa, istərsə düyünlənmiş ip, yaxud müxtəlif qarışıq şeylər olsun, onu oxutdurmağın bir faydası yoxdur, əksinə onu tələf etmək, yəni yandırmaq lazımdır. Tələf etməzdən əvvəl yaxşı olar ki, ona "əl-İxlas", "əl-Fələq" və "ən-Nəs" suərlərini oxuyasınız. Sadəcə cadunu tələf etmək kifayət deyil, həmçinin dinimizdə buyurulan qaydada cadunun şərindən qorunmaq lazımdır. Daha ətraflı: Cadudan necə qorunmaq olar?