İnsanlarda olan bəzi xüsusiyyətlərə aid ayələr varmı?
Sual:
Hasi surede insani olcmek ucun meyar olan aye var
Cavab:
Salam aleykum. Əgər meyar dedikdə insanın təbii xüsusiyyətlərini vəsf edən ayələri nəzərdə tutursunuzsa, Quranda bir çox ayələrdə Uca Allah insana xas xüsusiyyətləri vəsf etmişdir. Bu ayələrdən bəzilərini qeyd edək:
"Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır". (ən-Nisa, 28).
"O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur". (İbrahim, 34).
"Qoy ölsün kafir insan! O necə də nankordur!" (Əbəsə, 17).
"Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi" (ən-Nəhl, 4).
"Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir". (əl-Kəhf, 54).
"İnsan tələskən yaradılmışdır". (əl-Ənbiya, 37).
"Həqiqətən, insan kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır, bir xeyir nəsib olduqda isə xəsislik edir. Namaz qılanlar istisnadır. O kəslər ki, namazlarını həmişə qılırlar".(əl-Məaric, 19-23).