Həkim icazə vermədiyi üçün namazı saxlamaq olarmı?

    11.10.2020
Sual: 
Salamın Aleykum. Mən 7 aydır ki həmd olsun namaz qılıram. Ama bu aylarda ciddi narahatçılığım yarandı hərəkət etməyə icazə vermirdi həkim, buna görə namaz qıla bilmirdim. Amma indi şükür yaxşıyam həkim yaxşı olduğumu deyir. Amma anam namaz qılmağa icazə vermir tam düzəl dərmanların bitsin sora deyir başlayarsan inşəALLAH. AMA mən yaxşıyam başlamaq istiyrəm nə etməlyəm?? ALLAH xatirinə cavablandırasız. Təşəkkürlər.
Cavab: 

Va aleykum Salam. Əvvəla Uca Allahdan sizə şəfa diləyirik! Namaz elə bir ibadətdir ki, bu ibadəti ağlı başında olan müsəlman hər bir halda vəziyyətinə və halına uyğun şəkildə yerinə yetirməlidir. Əgər ayaq üstə qıla bilmirsə, oturan yerdə, oturan yerdə qıla bilmirsə, uzanan yerdə, tərpənə bilmirsə, başını hərəkət etdirməklə, başını da hərəkət etdirə bilmirsə, namazın sözlərini deməklə gözləri ilə rüku və səcdəyə işarə etməklə qılmalıdır. Əgər dəstəmaz ala bilmirsə təyəmmüm etməli, təyəmmüm də ala bilmirsə olduğu halda qılmalıdır. Dinimiz asanlığı əmr edir və Uca Allah heç bir ibadətdə qullarını çətinliyə salmamışdır. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə, 286).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ayaq üstə namaz qıl, bacarmasan, oturaraq, bunu da bacarmasan, böyrü üstə uzanaraq namaz qıl". (Səhih əl-Buxari, 1050, 1117). Odur ki, namazı tərk etməkdə səhv etmisiniz, tövbə edib namaza başlayın və namazı gücünüz çatdığı kimi qılın. Həmçinin oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Teqlər: 
Paylaş: