Zikrləri oxuyaraq savabını dünyadan köçmüş insanlara bağışlamaq olarmı?

    17.11.2020
Kimdən: 
Zaur
Sual: 
Salam. Zəhmət olmasa deyərdiniz, Sübhənnallah və ya Ərhəmdurullah deyib, sonra bu deyilmiş zikirlərin savabını bu zikirləri deyən şəxs üzərində qul haqqı olan haqq sahiblərinə, onların xəbəri olmadan göndərə bilərmi? Çünki həmin haqq sahibləri ilə başqa cür halallaşmaq imkanı yoxdur. Həmin haqq sahiblərinin bəziləri dünyalarını dəyişmişlər. Həmçinin Sübhənnallah və ya Ərhəmdurullah yaxud Allahu Əkbər və s. zikirləri deyib,sonra bu deyilmiş zikirlərin savabını 124 min Peyğənbərlərə göndərmək olarmı? Allah Sizdən razı olsun.
Cavab: 
Aleykum salam. Dinimizdə sağ olan insana hansısa bir saleh əməlin savabını göndərmək olmaz, çünki sağ olan insan bu əməlləri özü etmək iqtidarındadır. Ölən insana gəlincə, dinimiz yalnız müəyyən əməlləri ölən insana hədiyyə etməyi icazə vermişdir. Bu əməllər aşağıdakılardır:
1) Həcc və Ümrə savabını. Bir hədisdə deyilir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir nəfərin həccə başlamazdan əvvəl qardaşının və ya qohumunun əvəzinə həcc etmək istədiyini eşidir. O, həmin şəxsə öncə öz yerinə sonra isə başqasının əvəzinə həcc etməsini tapşırır". (İmam Əhməd). 

2) Sədəqənin savabını. Rəvayət edilir ki: "Bir gün bir nəfər peyğəmbərdən (salləllahu aleyhi və əlihi və səlləm) soruşdu: "Ya Rəsulullah! Anam qəfil (gözlənilmədən) vəfat etdi. Elə güman edirəm ki, əgər o, danışmağa macal (imkan) tapsaydı, (malından) sədəqə verməyi vəsiyyət edərdi. Əgər mən onun əvəzinə sədəqə versəm, bundan ona savab çatarmı?" Allah Rəsulu (salləllahu aleyhi və əlihi və səlləm): "Bəli!" - deyə cavab verdi". (Səhih əl-Buxari, 1388).

3) Ölən insan üçün bu əməllərdən başqa həmçinin dua edə bilərsiniz. 

Bundan başqa əməllərin savabını isə ölən insana bağışlamaq barədə dinimizdə heç bir dəlil yoxdur. Üzərinizdə qul haqqı olan kimsələr əgər sağdılarsa, onlardan halallıq almağa çalışın. Əgər bu mümkün deyilsə, onlar üçün dua edin. Həmçinin oxuyun:
Həmçinin qeyd etdiyiniz zikrləri edib savablarını peyğəmbərlərə hədiyyə etmək barədə şəriətimizdə bir dəlil yoxdur. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: