Tövbəsini yüzlərlə dəfə pozmuş şəxs yenidən tövbə etdikdə bağışlanırmı?

    20.12.2020
Sual: 
Salam aleykum defelrle esi tovbe ederem dusuncesi ile gunah edeni Allah bagislayarmi? Yani gunahlarda israr edeni Bir mesele varki insan gunah edir tovbe edir yenede gunah edir ve ozunu saxlaya bilmeyib pozur ve yenede nefsine uyaraq tovbesini pozur yani bu nesfe uymaq tovbesini pozanda bu esi tovbe ederem dusuncesi ile sayilir yoxsa? Yani esi tovbe ederem deyende TOVBE EDIR SADECE O QEDER POZUR KI ARTIQ QORXUR BEZIB DEYIR EDIREM TOVBE UMUMIYYETLE NECE iLLERDI Tovbe edesen pozasan nece 1000minleri o tovbe pozulub Allah bilir bu tovbeni oyun oyuncaqa cevirmek sayilir sizce? Amma bir seyide deyimki Adam istemezdi bir ele tovbeni pozsun sadece uyur nefsine ve artiq bezib
Cavab: 
Va aleykum Salam. Günah edən şəxs dəfələrlə də olsa hər günahdan sonra peşmançılıq keçirərək, bir daha günah etməyəcəyinə qərar verərək tövbə edib Allahdan bağışlanma dilədikdə Allah onu bağışlayır. Bununla yanaşı günahdan çəkinməyə çalışmalı, dua və ibadətləri çoxaltmalı və günahı yada salan vasitələrdən, yerlərdən və insanlardan uzaqlaşmağa çalışmalıdır. Həmçinin özünə saleh dostlar seçməli və dini biliklərini artırmalıdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: