"Tövbə edəcəm" deyib günah edənlərin tövbəsi qəbul olurmu?
Aleykum salam. Tövbənin qapısı günəş məğribdən (günbatandan) çıxana qədər açıqdır. Kim səmimi qəlbdən Allaha tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Səmimi tövbə isə günahı tərk edib, peşmançılıq hissi keçirmək və bir daha bu günaha qayıtmamağı qərar verməklə, günahdan uzaq durmağa çalışmaqla olur. Nəfsinə qalib gələ bilməyib təkrar günah etdikdə eyni qaydada tövbə etmək və günahı tərk etməyə çalışmaq lazımdır. Can boğaza yetişənə qədər səmimi tövbə etməyə müvəffəq olunan insanın tövbəsi qəbul olur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah qulun tövbəsini canı boğazına yetişməyənə qədər qəbul edər". (İmam Əhməd, 6160; Səhih əl-Cami, 1903).
"Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm) deyəcəm günahım bağışlanacaq" deyib günah edənlərə gəlincə, belə edənlər qorxsunlar ki, ölüm onları haqlaya bilər və tövbə etməyə müvəffəq olmaya bilərlər. Həmçinin oxuyun:
Günahdan əl çəkmək üçün nə etmək lazımdır?
Tövbə etsəm, Allah məni bağışlayarmı?