əl-Fatihə surəsini və "Əmənə-r-Rasulu" ayəsini bura yaza bilərsinizmi?
Aleykum salam.
əl Fatihə surəsi:
Əuuzu billəəhi minə-ş-şeytaani-r-raciim.
Bismilləəhi-r-rah'mənir-rahiim.
"1. əl-Həmdu lilləəhi Rabbi-l-Aaləmiin, 2. ər-Rah'məəni-r-Rahiim, 3. Məəliki yəvmi-d-diin, 4. İyyəəkə nə'budu va iyyəəkə nəstəiin, 5. İhdinə-s-siraata-l-mustəqiim, 6. Siraata-l-ləziinə ən'amtə aleyhim, ğayri-l-məğduubi aleyhim, valə-d-daaaalliin". (əl-Fətihə, 1-6).
Mənası: Mərhəmətli və Rəhmli Allahın adı ilə!
"Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə, Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!" (əl-Fatihə, 1-6).
Əmənə-r-Rasulu ayəsi:
Əuuzu billəəhi minə-ş-şeytaani-r-raciim.
"Əmənə-r-rasulu bimə unzilə ileyhi mir-rabbihi va-l-mu'minun, Kullun əmənə billəhi va mələikətihi va kutubihi va rusulih, lə nufərriqu beynə əhədi-m-mir-rusulih, va qalu səmi'nə va əta'nə, ğufranəkə rabbənəə va ileykə-l-masir, Lə yukəllifu-l-lahu nəfsən illə vusahə, ləhə mə kəsəbət va aleyhə mə-k-təsəbət, rabbənə lə tuəxiznə in nəsiynə av əxta'nə, rabbənə va lə təhmil aleynə isran kəmə həməltəhu alə-l-ləzinə min qablinə, rabbənə va lə tuhəmmilnə mə lə taqatə lənə bih, va'fu annə va-ğ-fir lənə, va-r-həmnə, əntə movlənə, fə-n-surnə alə-l-qavmi-l-kəfirin". (əl-Bəqərə, 285-286).
Mənası: Lənətlənmiş şeytandan Allaha sığınıram!
"Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlardedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!” Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl-Bəqərə, 285-286).