Tez bir zamanda xeyirli bir insanla evlənmək üçün dua varmı?
Sual:
Salam birisnin tez zamanda xeyri biriyle evlemesi iyçün duva var
Cavab:
Aleykum salam. Xeyirli bir insanla tez bir zamanda evlənmək üçün xüsusi dua yoxdur. İnsan ümumi olaraq Uca Allahdan xeyirli bir insanla xeyirli bir vaxtda ailə qurmasını istəməlidir. Uca Allahdan bir şey istədikdə xeyirlisini istəyin. Uca Allah nəyin sizin üçün xeyir, nəyin isə xeyir olmadığını daha yaxşı biləndir. İşlərinizi Ona həvalə edin. Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu mənada bir çox dua varid olmuşdur. Duaların birində deyilir: "Allahummə rahmətəkə ərcu fələ təkilni ilə nəfsi tarfətə ayn va aslih li şə'ni kulləhu, lə iləhə illə ənt" - Allahım, Sənin rəhmətini diləyirəm. Məni bir an da olsa öz ixtiyarıma buraxma, bütün işlərimi sahmana sal. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur". (Əbu Davud, 4/324; İmam Əhməd, 5/42). Həmçinin bir iş tutmaq istədikdə və ya bir qərar vermək istədikdə "İstixarə" namazı qılın. Daha ətraflı:
Quran və Səhih hədislərdən seçilmiş dualar
İstixarə namazı necə qılınır?
Quran və Səhih hədislərdən seçilmiş dualar
İstixarə namazı necə qılınır?