"Rəbbindən sənə vəhy olunana tabe ol ..." (əl-Əhzab, 2) ayəsinin açıqlaması nədir?
Sual:
Salam
əl-Əhzab surəsi
2. Rəbbindən sənə vəhy olunana tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.
Rəbbindən sənə vəhy olunana tabe ol! bunu necə başa düşmək olar
Cavab:
Va aleykum Salam. Uca Allah əl-Əhzab surəsinin 2-ci ayəsində buyurur: "Rəbbindən sənə vəhy olunana tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Əhzab, 2).
İbn Kəsir bu ayənin təfsirində demişdir: "Rəbbindən sənə vəhy olunana tabe ol!", yəni sənə nazil olan vəhyə - Quran və Sünnəyə tabe ol".
Təfsir alimi Abdur-Ranmən əs-Sə'di bu ayələrin təfsirində deyir: "Yəni Ey Muhəmməd! Bu, Uca Allahın nəsihətləri və mərhəmətidir. Bu nəsihətlərə itaət et və Rəbbinin mərhəmətinə və mükafatına ümid bəslə! Həqiqətən də, sizin bütün yaxşı və pis əməlləriniz Ona məlumdur və sizin hər biriniz layiq olduğu əvəzi alacaqdır".