Bir insanı sevib onu heç unutmamaq olarmı?

    08.12.2020
Sual: 
Əssələmu aleykum va rahmətullah. Bir insanı sevib, onu heç unutmamaq olarmı? Bu zina sayılır ya yox?
Cavab: 

Va aleykum salam və Rahmətullahi və bərakətuhu. İslam dini biri-birilərini sevən qız və oğlanın evlənmələrini buyurur və evlənməyin onlar üçün ən yaxşı seçim olduğunu bildirir. Peyğəmbərimiz (Alalhın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Biri-birilərini sevən qız və oğlanın aralarında olan sevgilərini qoruyub saxlamaq üçün evlənməkdən daha yaxşı bir yol yoxdur". (İbn Macəh, 1847; Silsilə-Sahihə, 624). 

Evlənə bilməyəcəkləri halda isə naməhrəm birinə bağlanmağa aparan səbəblərdən uzaq durmalıdır. Qeyri-ixtiyari belə bir hala düşən insan öz nəfsi ilə mübarizə aparıb naməhrəm insana bağlanmaqdan və onu düşünməkdən uzaq olmalıdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: