Marketlərdə təqdim olunan bonus kartlarından istifadə etmək olarmı?

    20.12.2020
Kimdən: 
Seva
Sual: 
Salam. Marketlerde teqdim olunan bonus kartlarindan istifade etmek gunahdir ? (Mes: Umico ) 2ci sualimm ise Qurban bayraminda erimden xebersiz öz maaşimla qurban kesmek olar ? Dini sehifelere pulu gonderirem, onlarda kesib ehtiyacli aileye paylayirlar. Bu duzgundur ?
Cavab: 
Aleykum salam.
  1. Əgər bu kartlar pulsuzdursa, bu karta görə satılan malın üzərinə əlavə qiymət gəlmirsə və sadəcə müştəriləri alış-verişə rəğbətləndirmək məqsədi daşıyırsa, bu halda bu kartlardan istifadə etmək icazəlidir.
  2. Əslində qadın öz gəlirini istədiyi kimi xərcləyə bilər və qadın öz aylıq gəlirini xərcləmək üçün ərindən icazə alması vacib deyil, sadəcə ədəb və səmimiyyət baxımından ona məlumat verməsi bəyənilir. Ailədə ər-arvad arasında səmimiyyət çox önəmlidir. Əgər ərin dini savadı yoxdursa və qadının öz malından qurban kəsdirmək kimi Allah yolunda xərcləməsinə mane olursa, bu halda qadın öz pulundan ərinin xəbəri olmadan da qurban kəsdirə bilər.
  3. Dini səhifələrə pul göndərməyə gəlincə, əgər qeyd etdiyiniz dini səhifələr etibarlı insanlardırsa, həqiqətən də sizin sədəqənizi kasıblara çatdırırlarsa, bu halda belə etməyiniz icazəlidir. 
Teqlər: 
Paylaş: