Namaz qıla bilməyən əvəzində sədəqə verə bilərmi?

    28.01.2021
Kimdən: 
Jalə
Sual: 
Salam. Səhflərim olub, məsələn bura birdə getməyəcəm, bunu birdə belə etməyəcəyəm deyib ağzımdan tövbə sözü çıxıb. Bir neçə dəfə məcbur qalıb pozmuşam, kəfarət məsələsində çox narahatam. Oruc tutmaya səhhətim əl vermir, kasıb doyurmaq və ya geydirmə məsələsi də çətindir. Nə edim hər gün dua edirəm Allaha məni bağışlasın. Səhhətim əl verəndə namazda qılmağa çalışıram, Ya qaffar zikrini etməyə çalışıram hərgün, başqa nə edim? Sədəqə verməyin belə bir halda xeyri var mı?
Cavab: 
Va aleykum Salam. Tövbə - bir insanın günahı dərhal tərk edib, etdiyi günaha görə peşmançılıq hissi keçirməsi, Allahdan bağışlanma diləməsi və bir daha bu günaha qayıtmayacağına dair qərar verməsidir. Tövbəni pozmağa görə kəffarə verilmir, sadəcə bir daha tövbə etmək və günahdan çəkinməyə çalışmaq lazımdır. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Namazı heç bir halda dayandırmaq, tərk etmək olmaz. Yalnız qadınlar iki halda namazları tərk edə bilər. Heyz (aybaşı) və Nifas (doğuşdan sonra qırx gün ərzində axan qan) vaxtı. Hətta xəstə insan belə müalicə ala-ala bacardığı şəkildə namaz qılmalıdır. Ayaq üstə qıla bilmirsə, oturaraq, bunu da bacarmırsa, uzanaraq qılmalıdır. Odur ki, tövbə edin və bacardığınız şəkildə namazlarınızı qılmağa davam edin. İstənilən günah səmimi tövbə ilə bağışlanır. Namaz qılmamağın əvəzinə sədəqə verməyə gəlincə, sədəqə savab əməl olsa da müstəhəbdir, yəni könüllüdür. Namaz qılmaq isə fərzdir, yəni hər bir müsəlmana vacibdir. Odur ki, sədəqə namazı əvəz edə bilməz. Bilin ki, Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaqdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: