Qada qurbanı kəsmək düzgündürmü?
Sual:
Qada qurban kesmek duzgundur? Qada qurbani deyendeki biz her il kesrk. Kecen il kesmedk ailemiz pis vezyete duwdu.
Cavab:
Salam aleykum. Qurban kəsmək Allaha yaxınlaşmaq üçün edilən ən fəzilətli ibadətlərdən biridir. İslamda bir neçə qurban növləri var: Zül-hiccə ayında kəsilən vacib Qurban, nəzir Qurbanı, övlad dünyaya gəldikdə kəsilən "əqiq" qurbanı. Bundan əlavə sədəqə niyyəti ilə istənilən vaxt qurban kəsmək icazəlidir. Əgər siz qada qurbanını Uca Allah üçün kəsərək Allahdan sizi və ailənizi bədbəxt hadisələrdən qorumasını diləmək istəyirsinizsə, belə etmək icazəlidir, çünki saleh əməl etməklə Allaha dua etmək və Ondan nəsə diləmək olar. Lakin, bir şeyi nəzərə alın ki, qurbanı pirdə və ya hansısa bir şəxsin qəbrində kəsmək günahdır. Həmçinin bu cavabları oxuyun: