Körpə uşaqlı qadın namazı bir müddət saxlaya bilərmi?

    04.02.2021
Kimdən: 
.....
Sual: 
Essalamu Aleykum...uzr istəyirəen hamileliyimin 8ci ayinda Namaz qilmaga bawladim. Sonra ovladim dunyaya geldi qila bilmedim 40 gun bitti yene qila bilmedim cetin oldu mene hem uwaq hem ev iwleri catdira bilmedim Namaz qilmadim. Ovladim biraz boyusa 4-5aydan sonra Namaza bawlasam gunah olmaz?
Cavab: 
Aleykum salam. Övlad Uca Allahın insana verdiyi nemətlərdən biridir. Bu nemətə görə insan Allaha şükür edib Ona olan itaəti və ibadəti artırmalıdır. Allahın insana verdiyi hər hansı bir nemət onu Allaha olan ibadət və itaətdən yayındırmamalıdır. Ona görə də, heç bir halda namaza fasilə vermək icazəli deyil. Uca Allah buyurur: "Adəm öv­ladı zöv­cəsini ağuşuna aldıqda o, yün­gül bir yüklə yükləndi (ha­milə qal­dı) və bir müddət onu bətnində gəzdir­di. Zövcəsi ağır­laşdığı za­man hər ikisi özləri­nin Rəbbi olan Allaha: "Əgər bizə sağlam bir övlad ver­sən, əlbəttə, şükür edən­lərdən ola­rıq"– deyə dua etdilər. Allah onlara sağlam bir öv­lad ver­dikdə isə özlərinə ver­di­yi şey­də Ona şərik qoşmağa başladılar. Allah isə on­la­rın qoş­duqları şə­rik­lər­dən ucadır". (əl-Əraf, 189-190). Övladına və ya hər hansı bir dünya nemətinə görə Allahın vacib buyurduğu bir ibadəti tərk edən insan, buna görə günah qazanır. Dinimiz asanlığı buyuduğu üçün namaz qılanı hər bir vəziyyətdə nəzərə alaraq ona rüxsətlər vermişdir. Daha ətraflı:
Paylaş: