Şeytan Allahın hər şeyə qadir olduğunu bildiyi halda niyə Ona asi oldu?
Sual:
Salam. Şeytan Allahı görüb düzdür? Allahın nelere qadir olduğunu bilmir? Niye Allahla reqabete girir? Qorxmur Allahdan? Bilmir ki,Allah ona ezab verecek?
Cavab:
Aleykum salam. Əvvəla bunu qeyd edək ki, Uca Allahı heç kəs, o cümlədən şeytan da görməyib. Uca Allah bu xüsusda buyurur: "Allah insanla ancaq vəhy vasitəsilə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, ucadır, hikmət sahibidir". (əş-Şura, 51). Həmçinin buyurur: "Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır". (əl-Ənam, 103).
İblisin Allahın Əzəmətini və Qüdrətini, habelə Allaha asi olmağın aqibətini və cəzasını bildiyi halda Ona asi olmasına səbəb Adəmə olan həsədi, təkəbbürlüyü və inadkarlığı olmuşdur. Allaha asi olmaqla da küfr etmişdir. Adəmə olan həsədi və qəlbində olan təkəbbürlüyü onu Allahın əmrinə asi olmağa sövq etmişdir. Daha ətraflı: