Bir neçə sual
Aleykum salam. Qiyamət günü gündüz və ya gecə olacağı haqda məlumatımız yoxdur.
Bu sayta gələn sualların haradan gəlməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim məqsədimiz sualları cavablandıraraq insanları İslam haqqında doğru şəkildə maarifləndirməkdir.
Ay və Günəş tutulduqda xusuf və ya kusuf deyilən namaz qılınır. Ay tutulanda və ya zəlzələ olanda xüsusi bir dua oxunmur. Zəlzələyə görə də namaz qılınmır. Rəvayət edilir ki, Əbu Musa (Allah ondan razı olsun) demişdir: “Günəş tutulduğu vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) qiyamət qopacağından qorxub təşviş içində ayağa qalxdı və məscidə gəlib namaz qıldı, mən heç vaxt onun (namazda) qiyamı, rükunu və səcdəni bu qədər uzatdığını görməmişdim. (Namazı bitirdikdən sonra) buyurdu: “Allahın göndərdiyi bu dəlillər heç kəsin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə olur. Fəqət, Allah bununla Öz qullarını qorxudur. Odur ki, belə bir şey gördükdə Allahı zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!” (Buxari, 1059).
Qiyamətin gəlməsindən və ya yaxınlaşmasından qorxmaq lazım deyildir. Çünki bu heç nəyi dəyişməyəcək. İnsan o günə əməl baxımından hazır olmamasından qorxmalıdır. Odur ki, hər bir müsəlman nə qədər ki, canı üstündədir, nə qədər ki, Qiyamət qopmayıb, xeyir əməllərini artırmalı, ibadət etmirsə, ibadətə başlamalı, Uca Allahı mütəmadi zikr etməli, Onun əmrlərini bacardığı qədər yerinə yetirib qadağalarından da çəkinməlidir. Ömər ibni Xattabın (Allah ondan razı olsun) dediyi kimi: "Qiyamət günü hesaba çəkilmədən öncə, özünüzü hər gecə hesaba çəkin".
Bunun üçün də bir xüsusi bir dua yoxdur. Sadəcə göy guruldayanda bu duanı oxuyun: "Göy guruldayarkən edilən dua"