Sübh namazının sünnəti nə deməkdir və onu qəza etmək olarmı?

    28.01.2021
Sual: 
salam aleykum subh namazının sünnəti nə deməkdir və qəzası necə qılınır?
Cavab: 
Aleykum salam. Sünnət namazları vacib olmayan müstəhəb namazlardır. Hər fərz namazları ilə yanaşı sünnət namazları var. Bu namazlar Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğu şəkildə fərz namazlarından əvvəl və ya sonra qılınır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Hər kim gün ərzində fərz namazlar xaricində on iki rükət namaz qılarsa, Allah ona cənnətdə bir ev inşa edər. Bu namazlar bunlardır: sübh namazından öncə iki rükət, günortadan qabaq dörd rükət, günortadan sonra iki rükət, axşamdan sonra iki rükət və işadan sonra iki rükət". (Səhih əl-Buxari, 1181; ət-Tirmizi, 417, 433).
Bu sünnət namazları "Ratibə namazları" da adlanır. Sünnət namazlarının içində Sübh namazından əvvəl qılınan iki rükətin xüsusi özəlliyi var. Odur ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Sübh namazından əvvəl daim iki rükət namaz qılardı və bu namazın savabının böyük olduğunu bildirmişdir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sabah namazının iki rükət sünnəti dünya və onun içindəki hər şeydən daha xeyirlidir". (Səhih Muslim, 725). Daha ətraflı:
Sünnət namazları hansılardır?
Ratibə sünnətləri barədə

Sübh namazının sünnətinin qəzasına gəlincə, əgər vaxt darlığı səbəbindən Sübh namazının sünnətini qıla bilməsəniz, bu namazı Günəş çıxdıqdan 15 dəqiqə sonra, duha namazının vaxtında qıla bilərsiniz. Həmçinin oxuyun: Namazın sünnətlərini qılmamaq olarmı?

Teqlər: 
Paylaş: