Əri naməhrəmlərlə danışan qadın onu necə çəkindirə bilər?

    23.07.2021
Kimdən: 
Umara
Sual: 
Assalamu aleykum va rahmetullahi va bareketuhu. Men 2 ildi Islama gelmisem , devet eden zovcum olub artiq 10 ile yaxindi islamdadir elhemdulilleh. Lakin zovcum zina edir, daniwmaq ve baxmaq zinasi. Gozel derk edir zinanin ne oldugunu ozumde nesihet edirem. Allaha hemd olsun men de ona qarsi itaetsiz deyilem lakin bu yoldan onu dondere bilmirem. Defelerle talagimi teleb etmisem eyni hadiseye gore. Mene ne meslehet gorerdiz? Men zovcumu nece haqq yola qaytarim?
Cavab: 

Və aleykum salam və rahmətullahi və bərakətuhu. Ərinizin bu günahlara yönəlməsi imanının zəifləməsindəndir, çünki iman artır və azalır. Səbir edib ərinizi bu günahdan çəkindirməyə və ailənizi qorumağa çalışın, çünki ər-arvad biri-birilərinin güzgüsüdür və biri-birilərinə hər bir işdə yardım etməlidirlər.  Həmçinin ümumən dini biliklərinizi artırın, Quran ayələri, hədislər oxuyun, birlikdə dərslərə qulaq asın. Əgər əriniz sizin sözünüzü dinləməsə, o zaman ailə üzvlərinizdən və ya ərinizə yaxın olan insanlardan onu bu əməldən çəkindirməsini xahiş edin. Həmçinin dua edin, çünki qəlblər Uca Allahın əlindədir. Xüsusən, duaların qəbul olan vaxtlarında (gecənin son üçdə biri, namazda səcdə halında, yağış yağanda və s.) daha çox dua edin. Ümid edirik ki, Uca Allah sizin bu dualarınızı qəbul edəcək və əriniz bu əməldən çəkinəcək. Həmçinin oxuyun:
Zina və ondan necə qorunmaq haqqında  
İmanı artırmaq üçün nə etmək lazımdır? 
Ərim mənimlə maraqlanmır, nə edim? 
Əri zina edən qadın nə etsin?

Paylaş: