Sevdiyim insanı internetdə başqa adla sınamaq olarmı?

    25.12.2020
Kimdən: 
Türkan
Sual: 
Salam, internetde bir sevdiyini sınamq meqsedile basqa bir oglan adinla ya qiz adiyla yazmaq günahmidir?
Cavab: 
Va aleykum Salam. Uca Allah bir insan barədə pis zəndə olmağı qadağan edərək buyurur: "Ey iman gətirənlər! Zən­nə çox qa­pılmayın. Çünki zənn edi­lən­lərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-biri­nizin qey­bətini qırma­yın. Siz­dən biriniz ölmüş qardaşının ətini yemək is­təyərmi?! Siz ki, bun­dan iyrənirsiniz. Allahdan qorxun! Həqi­qə­tən, Allah töv­bə­ləri qəbul edəndir, rəhm­li­dir". (əl-Hucurat, 12). Habelə, qeyd etdiyiniz əməldə yalan olduğu üçün bunu etmək qadağandır. Həmçinin oxuyun: Qızla oğlanın internetdə danışması günahdır?
Paylaş: