əl-Kəfirun surəsinin izahı

    16.04.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. De: "Ey kafirlər!
2. Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,
3. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,
5. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
6. Sizin dininiz sizə, mənim dinim də mənədir!"
əl-Kəfirun (Kafirlər) surəsinin izahı
Bu surə çox fəzilətli surədir. Fərvə ibn Nəufəl rəvayət edir ki, o, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedi: “Ey Allahın Elçisi! Yatağıma girdiyim zaman mənə söyləyəcəyim bir şey öyrət”. O buyurdu: De: “Ey kafirlər!” (əl-Kəfirun surəsini) oxu, çünki bu surə şirkdən uzaqlaşdırır”. (ət-Tirmizi, 3403).
 
De: "Ey kafirlər!
Küfr sözü örtmək deməkdir. Küfr Allaha və Onun rəsuluna iman gətirməməyə deyilir. Küfr imanın əksidir. Haqqı tanıdığı halda bilərəkdən Allahdan və Onun peyğəmbərindən üz döndərənlər kafirlərdir. Bu ayədə Uca Allah Öz elçisinə əmr edir ki, kafir­lərə açıq-aşkar elan edib desin:

Mən sizin ibadət etdik­lərinizə ibadət etmə­rəm
Yəni, onların Allahdan qeyrisinə ibadət etdiklərindən üz döndər.

Siz də mənim ibadət et­diyimə ibadət edən deyilsi­niz
Dini yalnız Ona məxsus etmədiyiniz və Ona şərik qoşdu­ğunuz üçün ibadət hesab etdiyiniz bu əməl ibadət adlana bilməz.

Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm
Əvvəlki ayə kafir­lərin tək Allaha ibadət etmədiklərini, təkrar olunan ayə isə bu asiliyin onların daimi xüsusiyyətlərinə çevrildiyini bildirmək üçün Allah bu ayəni bir daha təkrar edir. Buna görə də Allah bu iki dəstəni bir-birindən fərqləndirib demişdir:

Sizin dininiz sizə, mənim dinim isə mənə aiddir!
Başqa ayələrdə buyur­duğu kimi: “Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim et­diyim əməldən kənar­sınız, mən də sizin et­diyiniz əməldən kənar­am” (Yunus, 41).
 

Paylaş: