Dualarla bağlı zarafat etmək günahdırmı?
Sual:
Salam.Dualarla bağlı zarafat etmek günahdır.Dersde bezi şagirdler imtahana göre dua edir zarafatla
"el imtahani rehm la kömeyi ilahi " bele şeyler günahdır mence
Cavab:
Va aleykum Salam. Dinə aid əhkamlarla zarafat etmək qadağandır. Bu əməldən çəkinmək və din ilə zarafat edən şəxsləri gördükdə onları bundan çəkindirmək lazımdır. Bunu bacarmadığınız təqdirdə isə həmin adamları tərk edin. Uca Allah bu xüsusda buyurur: "Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız". (ən-Nisa, 140). İbn Kəsir bu ayənin təfsirində deyir: "Yəni sizə qadağan olunduğu çatdıqdan sonra Allahın ayələri inkar olunan, lağa qoyulan və alçaldılan bir yerdə onlarla birlikdə oturmağa razı olsanız və bu barədə susub onlara etirazınızı bildirməsəniz, siz də onların etdikləri günaha şərik olmuş sayılırsız. Bu səbəbdən Uca Allah buyurur: "Yoxsa siz də onların tayı olarsınız", yəni günah etməkdə siz də onlar kimi olarsınız. Necə ki bir hədisdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: "Kim Allaha və Axirət gününə iman gətirmişsə, qoy içki olan süfrədə oturmasın". (ət-Tirmizi, 2801, 3301; əl-Hakim, 7779; İmam Əhməd, 125).
Allahın ayələri məsxərəyə qoyulan məclislərdə iştirak etməyin qadağan olunmasına işarə edilən ayə Məkkədə nazil olmuş əl-Ənam surəsindəki bu ayədir: "Ayələrimizi məsxərəyə qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma". (əl-Ənam, 68). Həmçinin oxuyun: