Qoyunun ağ ətini yemək olarmı?

    07.01.2021
Kimdən: 
Qul
Sual: 
Qoyunun ağ əti halaldırmı ?
Cavab: 

Salam aleykum. Əti halal olan heyvanların qeyd etdiyiniz üzvləri də halaldır, çünki bunu qadağan edən heç bir dəlil yoxdur. Uca Allah buyurur: "De: "Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm". Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir". (əl-Ənam, 145). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah Kitabında halal etdiyi (icazə verdiyi) şeylər halal (icazəli), haram etdiyi isə haramdır (qadağandır). O, ki qaldı susduğu şeylərə onlar bağışlanmışdır. Allahdan olan bu bağışlanmağa razı olun. Çünki Allah unutqan deyildir". Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) ayəni oxudu: "Sənin Rəbbin unutqan deyildir". (Məryəm, 64). (əl-Hakim, 2/375; əl-Bəzzar, 123; əl-Beyhaqi, 20216; əs-Sahihə, 2256). Həmçinin oxuyun: Haram qidalar

Teqlər: 
Paylaş: