Bacım mənə qarşı kobudluq etdiyinə görə günah qazanırmı?
Sual:
Salamu aleykum. Biz iki baciyig ana atamiz dunasin coxdan deywb.men bacimnan bir yaw boyem.ona daim destek olmuwam.baxmayaraq aramzda az yaw ferqi var onun ucun ana ata olmaga caliwmiwam onun niwanini toyunu etmiwem.elmnen gelen qeder destey olmuwam.yoldawi dunyasin deywdi yene destek oldum qazancimi daim onunla bolmuwem.ama o her zaman mene cavab qaytarib fkirlerime hormet etmir.deyr menim heyatima qerarlarima sen qarwma. Deyrem men senin yaxwiligin ucun deyrem. Ona hec neyin pisini isdemerem.ona ve uwaglarina gore eziyyet cekib yaxwi pul qazanmagada raziyam.vtmiwem .ama o mene ne desem cavab qaytarir mene se qarwma eceb edrem sen kimsen kimi sozler deyr.sizce o buna gore gunah edrmi?
Cavab:
Və aleykum Salam. Dinimiz qohumluq əlaqələrinə xüsusi diqqət edərək qohumların sərt və kobud davaranışlarına baxmayaraq onlarla gözəl davranmağı və əlaqəni kəsməməyi buyurur. Rəvayət edilir ki, bir kişi Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gələrək qohumlarının ona qarşı sərt rəftarından şikayət etdi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həmin adama qohumlarının bu cür rəftarına baxmayaraq onlarla gözəl davranmağı buyuraraq: "Sənin bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar"- dedi. (əl-Buxari "Ədəbul-Mufrad" 52).
Sözsüz ki, bacınız sizə qarşı belə etməklə günah edir. Ola bilsin onun belə davranmağına səbəb həyatında baş vermiş sıxıntılardır. Bacınıza nəsihət edin, onunla mülayim rəftar etməyə çalışın və Allaha dua edin ki, onu islah etsin. Həmçinin oxuyun: Qohumluq əlaqələrini kəsməkdən çəkinin!