Əri tərəfindən xəyanətdə ittiham olunan qadın nə etməlidir?

    02.08.2021
Sual: 
12 ildirki sevdiyimlə aila qurmuşam 10 ildiki xoşbəxtidik 3 ovladimiz var 2 ildiki yoldaşim məna zina iftirasi atdi sən bloka lift duzəldənnən girdin deməli onnan yatirsan sonra isə işivin yaninda maşin siqnal verdi deməli onnan yatirsan gedib o kişilərə yaxinlaşib məni sorguladi mən həkim işləyirəm mənə doydu ailəsinin önundə təhqir etdi yenə doydu pis hala saldi uşaqlarima onu sevdiyimə gorə səbr edib dozdum namaz qildim hicab bagladim iş yerimi 2 illik dondurdum ərim mənnən 2 ildi danişmir məni yataq otaqina qoymur mənnən özunun urayi istayanda ayda 1-2 dafa yaşayir sora məni otaqdan qovur mənə lazim olan dərman nə istəsəm hec nəyi almir mən işimə cixmaliyam qoymur mən nə edim boşanim
Cavab: 

Salam aleykum. Sözsüz ki, ərinizin sizə qarşı belə davranışı doğru deyil. İslam dininə görə kişi ilk növbədə ailəsi ilə gözəl rəftar etməli, ailəsinin ehtiyaclarını ödəməli və zövcəsi ilə gözəl rəftar etməlidir. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur: "Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır". (ət-Tirmizi, 3892).
Dinimizdə bir nəfəri heç bir sübut olmadan, sadəcə zənnə qapılaraq zinada ittiham etmək böyük günahlardan biridir. Əgər vəziyyət həqiqətən siz dediyiniz kimidirsə, bu halda şəriətin buyurduğu kimi hər iki tərəfin ailə böyüklərinə müraciət etmək lazımdır. Qoy onlar ərinizlə söhbət edib ya ona sizə atdığı bu böhtandan əl çəkib sizinlə normal davranmağı, ya da ayrılmağı təklif etsinlər. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: