Üzərinə namus iftirası atılan qadın bundan necə xilas ola bilər?
Sual:
Salam. Bildiyimə görə iftira ən böyük günahlardandır. Bəs üzərinə namus iftirası atılan qadın bundan necə xilas olsun? Nə qədər Allaha dua etsəm də bu bəladan xilas ola bilmirəm. Artıq atdıqları iftiranı hamı eşidib və inanıb. Men bu qədər biabır olacaq heç bir hərəkət etmədiyimə əminəm. Ən pisi də odur ki böhtanı kimin atdığından xəbərim yoxdur. Həyatım cəhənnəmə dönüb. Xilas olmaq üçün təsirli dua varmı? Əvvəcədən təşəkkür.
Cavab:
Aleykum salam.
Namuslu qadınlara iftira atanın cəzası
Şübhəsiz ki, namuslu qadına iftira atmaq ən böyük və həlakedici günahlardan biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(sahibini) həlak edən yeddi günahdan çəkinin!", və onların şirk, sehr etmək, cana qəsd etmək (öldürmək), yetimin malını haqsız olaraq yemək, riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək – olduğunu bildirmişdir". (əl-Buxari və Muslim).
Uca Allah buyurur: "Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir – o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcək. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın Haqq olduğunu biləcəklər". (ən-Nur, 23-25). İftira atanlar həmçinin qadının haqqına girdikləri üçün qul haqqı ilə yüklənirlər. Qiyamət günü onların savabından zülmə məruz qalana verilir və ya savabları qalmayıbsa, zülmə məruz qalanın günahları ona yüklənir. Daha ətraflı: Qul haqqı barədə

Aişəyə (Allah ondan razı olsun) atılan iftira
Yuxarıda qeyd edilən ayələr Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsi Aişəyə (Allah ondan razı olsun) atılan iftiradan sonra nazil olmuşdur. Yalan bütün şəhərə yayılmış, hətta səhabələrin bəziləri buna inanmışdılar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona demişdir: "Ey Aişə! Sənin haqqında belə-belə xəbərlər çatdı. Əgər günahsızsansa, Allah səni günahsız çıxaracaqdır. Yox, əgər doğurdan bir qəbahət işləmisənsə, Allaha tövbə et. Qul günahını etiraf edib Allaha tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu sözlərindən sonra Aişənin (Allah ondan razı olsun) göz yaşları dayandı və dedi: "Bu xəbəri eşitdiyinizi və bu xəbərin sizi təsirləndirdiyini və hətta, bu xəbəri təsdiqlədiyinizi görürəm. Xalqın bu dillərinə doladıqları günahı mən etdim desəm belə, Allah bilir ki, mən onu etməmişəm. Bu baxımdan etiraf etsəm, heç baş verməmiş bir hadisəni olmuş kimi hesab etmiş olaram. Onların dediklərini inkar etsəm, bu dəfə də siz mənə inanmazsınız. Mənimlə sizin aranızdakı hadisəyə Yusifin atasının dediyindən başqa bir məsəl tapa bilmirəm. "Artıq, mənə gözəl bir səbr gərəkdir. Dediklərinizə dözə bilmək üçün, ancaq Allahdan yardım istənər". Aişə bunları dedikdən sonra dönüb yatağına uzandı. O anda dərhal Peyğəmbərə vəhy endi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) sevincdən üzü gülürdü. Aişəyə (Allah ondan razı olsun): "Aişə! Sevin, Uca Allahu sənin günahsızlığını bildirdi" buyurdu. (əl-Buxari, Muslim).
İftira atılan qadın nə etməlidir?
Belə vəziyyətdə ilk növbədə Aişənin dediyi kimi səbr etməli, hər şeyin hökmü əlində olan Uca Allahdan yardım istəməlidir. Çoxlu dua etməli, həmçinin 5 vaxt fərz namaz və gecə namazında çox dua etməli, duanın qəbul olan vaxtlarını seçməlidir (məsələn, gecənin son üçdə biri, səcdə vaxtı edilən dua və s.). Həmçinin bacarsa, öz yaxınlarına bu iftiranın dünyada bəla, axirətdə isə Cəhənnəm əzabına səbəb ola biləcəyini xatırlatmalı, Allahdan qorxmağa çağırmalıdır. Uca Allah buyurur: "O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: "Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!"– demədiniz?" (ən-Nur, 15-16). Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Çətinliyə düşəndə hansı duaları oxumaq lazımdır?
Gecə namazı necə qılınır?
Namaz qılmaq qaydası - VİDEO
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Çətinliyə düşəndə hansı duaları oxumaq lazımdır?
Gecə namazı necə qılınır?
Namaz qılmaq qaydası - VİDEO