Tanıdığım bir qadının ərinə xəyanət etdiyindən şübhələnirəm, nə edim?

    18.02.2021
Sual: 
Essamum eleykə Məni sualım Şüphə ilə bağlıdır. Bir qadın var və mənim onun öz ərinə xəyanət etdiyini düşünürəm və nə qədər çalışıramsa özümlə bacara bilmirəm şüphələrim məni rahat buraxmır nə etməliyəm bunu açığa çıxartmalıyam ya yox?
Cavab: 
Və aleykum Salam. Bir insanı zinada, xəyanətdə ittiham etmək çox ağır bir məsələdir. Bu cür ittihamlar şəkk-şübhə ilə sübut olunmur. Xüsusilə də, bir insanı zinada ittiham etmək böyük günahdır. Uca Allah buyurur: "İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir. Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir". (ən-Nur, 4-5). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həlakedici yeddi günahdan çəkinin!” Soruşdular: "Ya Rəsulullah, nədir onlar?" Pey­­ğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha şərik qoşmaq, cadugərlik etmək, Allahın ha­ram bu­yurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, dö­yüş mey­danından qaçmaq və zinadan xəbəri olmayan namuslu, ismətli mö­min qadınları zina­da ittiham etmək". (Səhih əl-Buxari, 2766). Odur ki, bu şübhələrə fikir verməyərək xeyirli əməllərinizi çoxaldın. Həmçinin oxuyun:
Paylaş: