Sübh azanında niyə "əs Salətu xayrum minən-nəum" deyirlər?
Sual:
Salam aleykum. Subh namazinin azaninda neye gore "Əssalatu xayrum minə-n-novm" oxuyurlar? Bu sozun menasini da yazarsiniz da? Allah razi olsun.
Cavab:
Və aleykum Salam. Əbu Məhzura deyir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ona azanı öyrətmiş və belə deməsini buyurmuşdur: "Həyyə aləl-fələh, həyyə aləl-fələh. Sonra sübhün ilk azanında, əs-Salətu xəyrum-minən nəum, əs-Salətu xəyrum-minən-nəum. Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah". (Səhih Sünən ən-Nəsai, 628).
"əs Salətu xayrum minən-novm" -- "namaz yuxudan, yatmaqdan daha xeyirlidir" mənasını bildirir.