Namaz qılmaq istəyirəm, lakin məktəbdə buna imkan yoxdur...

    24.03.2021
Kimdən: 
ayşən
Sual: 
Mən şiə namazı qılmaq isdəyirəm amma məktəbdə buna icazə yoxdu 13 yaşım var mən necə edum
Cavab: 

Salam aleykum. Həddi-büluğa çatmış hər bir müsəlmana namaz qılmaq vacibdir. Uca Allah namazı müəyyən vaxtlarda qılmağı buyurmuşdur və üzrsüz səbəbdən namazları gecikdirmək olmaz. Gün ərzində beş vaxtda namaz qılınır. Səhər gün çıxana kimi Sübh, günorta Zöhr, axşama doğru gün batana kimi Əsr, gün batan kimi Məğrib, hava qaralandan gecə yarısına kimi İşa namazı qılınır. Saytımızın ana səhifəsində Azərbaycanın bütün bölgələri üçün namazın vaxtlarına baxa bilərsiniz.
Əgər məktəbdə olduğunuz müddətdə namazlardan birinin vaxtı yetişərsə və namaz qılmağa imkan yoxdursa, bu namazı evə qayıdan kimi qılın. Həmçinin oxuyun: İşdə şərait olmadığı üçün namazları birləşdirib evdə qılmaq olarmı?

Teqlər: 
Paylaş: