Quranda qiyamətə yaxın göyün guruldaması ilə bağlı nəsə yazılıbmı?
Aleykum salam. Quranda bəzi yerlərdə göyün guruldamasından bəhs olunur. Amma bunun qiyamətin yaxınlaşması ilə bağlı heç bir əlaqəsi yoxdur. Məsələn, Uca Allah buyurur: "Onların məsəli (zülmət gecədə) od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də (heç bir şey) görə bilməyəcəkləri zülmətlər içərisində buraxar. (Onlar) kar, lal və kor olduqlarına görə (doğru yola) qayıtmazlar. Yaxud onların (məsəli) zülmət içində göy gurultusu və şimşəklə yağan leysana (düşənlərin məsəlinə) bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri (hər tərəfdən) əhatəyə almışdır. Şimşək az qalır ki, onların gözlərini çıxartsın. (Şimşək) (hər dəfə) onların (yolunu) işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir". (əl-Bəqərə, 17-20). Quran kitabınız yoxdursa, hələlik saytımızdakı elektron versiyanı buradan oxuya bilərsiniz: Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi