Ailəm məni zorla sevmədiyim birinə ərə vermək istəyir, nə edim?
Va aleykum Salam. İslam dini qadını ərə verərkən onun izninin olmasının vacib olduğunu buyurmuşdur. Sözsüz ki, valideynlərinizin siz istəmədiyiniz bir kəsə zorla verməsi düzgün deyil. Valideyn övladını sevmədiyi biri ilə evlənməyə məcbur edərsə, övladın imtina etmək hüququ var. Rəvayət edilir ki, bir qız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gələrək dedi: "Atam öz mövqeyini yüksəltmək üçün məni qardaşı oğlu ilə evləndirdi". Allah Rəsulu (salləlahu aleyhi və səlləm) qızın atasını çağırtdırdı və qıza seçim etmək hüququ verdi. Qız dedi: "Atam deyənlə razıyam, lakin istəyirdim digər qadınlar bilsinlər ki, onların atalarının bunu etmək hüququ yoxdur". (İbn Məcəh, 1874).
Övladın da valideynin razılığı olmadan evlənməsi haramdır və belə nigah batildir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Himayədar və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyildir". (İbn Hibban, 1247). Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Macəh, 1524). Odur ki valideynlərinizlə gözəl davranaraq onlarla dil tapmağa çalışın və dua edin, çünki qəlblər Allahın əlindədir. Həmçinin bu cavabları oxuyun:
Sevmədiyim insanla ailə qurmağa razı olmadığıma görə günah qazanıram?
Valideynlərimiz məni sevdiyim oğlanla evlənməyə qoymurlar, bu günahdırmı?
Nikahın qaydaları