Ailə qurmamaq günahdır, yoxsa məkruh?
Sual:
Salam Aleykum. Bilmək istərdim ailə qurmamaq günahıdır yoxsa məkruhdur. Yani mən çox ağır xarakteri olan bir oğlanam Allah qarşıma özümə uyğun bir xanım çıxarmayıb. Ümumiyyətlə ailə qurmayıb həyatı elmə sərf etmək günahdır yoxsa məkruh. Təşəkkür edirəm
Cavab:
Aleykum salam. Ailə qurmağın hikmətlərindən biri də insanın özünü haramdan (zinadan) qorumasıdır. Evlənməyin hökmü insandan insana dəyişir. Əgər evlənməyi tərk etmək insanın harama düşməsinə səbəbdirsə, bu halda evlənmək vacib olur. Yox əgər evlənməmək insanın harama düşməsinə səbəb deyilsə, bu halda evlənməyi tərk etmək məkruhdur. Həmçinin oxuyun: