Rəsmi nikahı olub, lakin kəbini olmayan qadın başqa birisi ilə görüşə bilərmi?
Sual:
Salam. Qadinin resmi nikahi var lakin kebini yoxdur. Resmi nikahda olan erindende ayri yasayir. Bele olan halda kebini olmayan lakin resmi nikahi olan qadinla basqa kisinin gorusmesi gunah sayilir?
Cavab:
Aleykum salam. Kəbində əsas şərt qadının vəlisinin (ata, qardaş, əmi və s.) icazə verməsi və iki şahidin iştirak etməsidir. Valideynlərin icazə verməsi vəlinin icazəsi, toyda insanların iştirak etməsi isə şahidlik sayıldığı üçün bu artıq kəbin sayılır. Kəbinin kağıza qeyd olunması isə vacib deyil. Odur ki, vəlisinin halallığı ilə ərə gedən qadının naməhrəm biri ilə görüşməsi haramdır və zina sayılır.
Habelə, evli ər və arvad ayrı yaşasa da nikah yenə də qüvvədə qalır. Kəbinin pozulması üçün kişi qadını boşamalıdır. Kişi qadını boşamamış qadın başqa kişiyə ərə gedə bilməz. Boşanmış qadın ərə getməzdən əvvəl iddə müddəti (üç dəfə heyz olmaq) gözləməlidir. Həmçinin oxuyun: