Aleykum salam.
1) İki zövcəsi olan kişi onların hər ikisini sevməli və hər ikisinə eyni dərəcədə qayğı göstərməlidir. Hər ikisinin ehtiyaclarını ödəməli və bu məsələdə onlar arasında fərq qoymamalıdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kimin iki zövcəsi olsa və o, zövcələrindən yalnız birinə meyl etsə, Qiyamət günü bir tərəfi əyilmiş halda gələcək”. (Əbu Davud, 2133, 2135). Lakin, insan nə qədər çalışsa da zövcələrini eyni dərəcədə sevə bilməz. Uca Allah bu xüsusda buyurur: "Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə davrana bilməzsiniz. Birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər özünüzü düzəldib Allahdan qorxsanız, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir" (ən-Nisa, 129).
2) Həyat yoldaşını və ya kimisə Allaha xatir və ya Allah üçün sevmək heç də məcburi sevgi anlamına gəlmir. Allah üçün bir insanı sevmək, həmin insanın əməlisaleh, imanlı, Allaha bağlı olduğuna görə ona əlavə sevgi bəsləməkdir. Həmçinin oxuyun: Allah üçün sevməyin fəziləti
3) Qısqanclıq təbii hisdir və bu heç də küfr sayılmır. Hətta Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri belə onu biri-birilərinə qısqanmışlar. Rəvayət olunur ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir neçə səhabə ilə zövcələrindən birinin evində idi. Bu vaxt başqa digər xanımı bir qab yemək göndərmişdi. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin yeməyi xoşlaması yanındakı zövcəsini qısqandırdı. O da özünü saxlaya bilməyib yemək qabını yerə vurub sındırdı. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sakitcə qalxıb yerə tökülən yeməyi yığdı və yanındakı səhabələrə: "Fikir verməyin, ananız qısqandı" – buyurdu. (əl-Buxari, 5225). Bu hədis göstərir ki, qısqanclıq insana xas təbii duyğudur və müxtəlif davranışlar şəklində ortaya çıxa bilər. Lakin belə hallarda səbr etmək və aradakı səmimiyyəti qorumaq lazımdır.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurub: "Allah qısqanclığın bəzisini sevir, bəzisinə də qəzəblənir. Allahın sevdiyi qısqanclıq şübhə doğuran işlər haqqındakı qısqanclıqdır. Allahın qəzəbləndiyi qısqanclıq isə şübhə doğurmayan işlərdən kənar olan qısqanclıqdır". (Əbu Davud, 2659).
4) Ailədə hədlər daxilində qısqanclıq həm kişi, həm də qadın tərəfdən olmalıdır. Ətraflı oxuyun: