Hüseyn aşiqi nə deməkdir?
Sual:
salam. Huseyn aşiqi nə deməkdir, saleh insana aşiq olmaq insanı Allahın əzabından qurtara bilərmi? Belə xürafatlara inanan avam insanları belə batil fikirlərdən necə çəkindirmək olar. Uca Allah sizdən razı olsun.
Cavab:
Və aleykum Salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Əhli-Beytini, nəvələri Həsən və Hüseyni sevmək imandandır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Həsən və Hüseynlə bizim yanımıza gəldi. Həsən bir çiynində, Hüseyn isə bir çiynində idi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) gah Həsəni öpür, gah da Hüseyni öpürdü. Bizim yanımıza çatdıqda bir kişi dedi: "Ey Allahın Elçisi, sən onları çox sevirsən". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Onları sevən, artıq məni sevmişdir, onlara nifrət edən isə mənə nifrət etmişdir" (İmam Əhməd, 9673; əl-Hakim,4777). Qeyd edək ki, bu sevgi şəriət çərçivəsindən kənara çıxmamalıdır. Günümüzdə özlərini "Hüseyn aşiqi" adlandıran bəzi şəxslər Allahın qoyduğu hədləri aşaraq, Hüseyni Allaha şərik qoşurlar -- ona dua edirlər, qəbrini təvaf edirlər və s., həmçinin onun ölümünun il dönümündə öz bədənlərinə zərər yetirərək böyük günahlar edirlər, bunu etməyənlərə isə: "Siz Hüseyni sevmirsiniz"- deyirlər. Belə insanlara gözəl şəkildə İslamda əhli beyt sevgisinin mənasının əməldə onlara oxşamağa çalışmaq, onların hörmətini saxlamaq olduğunu izah etmək lazımdır. Həmçinin oxuyun: