Gözdəymədən qorxaraq işdə irəli getməkdən çəkinmək doğrudurmu?

    27.04.2021
Sual: 
Göz deyme nefsden bednezerden insan dünyasını deyise biler? Salam son zamanlar ireli getmek istedikce cekinirem ve bize yaxin bir qohum var onun nefsden qorxuram ele bilirem bir balaca ireli getsem mene nezer eder ve mene nese olar bu düşünceler yalnişdir??
Cavab: 
Va aleykum salam. Gözdəymədən qorxaraq sizə fayda verəcək əməlləri tərk etmək düzgün düşüncə deyil. Belə fikirləşmək vəsvəsədən irəli gəlir. İnsan gərək Uca Allaha təvəkkül edib həm dünya, həm də Axirət işlərində irəliyə getməyə can atsın. Gözdəymə haqdır və ondan qorunmaq üçün düzgün səbəblərdən istifadə etmək lazımdır. Gözdəymədən qorunmaq üçün dua və zikrləri müntəzəm edin və Allaha təvəkkül edin. Daha ətraflı: 
Teqlər: 
Paylaş: