Sağlamlığına görə döyüşə gedə bilməyən döyüşdə olanlar kimi savab qazanırmı?
Aleykum salam.
1) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim səmimi bir şəkildə şəhidliyi istəsə, yatağında ölsə belə Allah onu şəhidlər mənzilinə çatdırar". (İbn Məcəh, 15; ət-Tirmizi, 19). Həmçinin demişdir: "Əməllər niyyətlərə bağlıdır. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır" (əl-Buxari, 54). Əgər qəlbinizdə Allah yolunda cihad etmək və şəhid olmaq arzusu varsa, lakin sağlamlığınız buna yol vermirsə, cihada getməsəniz belə bu halda ölsəniz cihada gedənin savabını qazanırsınız. Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) dövründə bəzi səhabələr üzrlü səbəbdən Peyğəmbərlə (Allahın ona salavatı və salamı olsun) birlikdə döyüşə gedə bilmədilər. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yolda səhabələrə onları xatırlayaraq belə dedi: "Mədinədə elə kişilər vardır ki, siz bir yol getdiyiniz vaxt, bir vadi qət etdiyiniz zaman, onlar da sizlərlədir (sizinlə eyni savabı qazanırlar). Onları xəstəlik saxlamışdır" (Muslim, 1518). Həmçinin oxuyun: