"Lə iləhə illə əntə subhənəkə inni kuntu minəz-zalimin" duası nə vaxt deyilir?
Sual:
Salamun Aleykum.
La ilaaha illa anta subhaan’aka inni kuntu mina’dhaali’meen
Bu zikri ancaq secdece etmek lazimdir? Yoxsa normal vaxtda da etmek olar? Ve neçe defe?
Cavab:
Və aleykum Salam. Bu duanı Yunus peyğəmbər balinanın qarnında olarkən oxuyub və Allahın izni ilə oradan xilas olmuşdur. Uca Allah buyurur: "Lə iləhə illə əntə subhanəkə inni kuntu minəzzalimin - Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur. Mən isə həqiqətən zalimlərdən olmuşam". (əl-Ənbiya, 87). Həmçinin peyğəmbər (salləllahu aleyhi və səlləm) də bu duanı edərdi: "Lə iləhə illə əntə subhanəkə inni kuntu minəz-zalimin - Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Pak və nöqsansızsan. Həqiqətən, mən zalımlardan olmuşdum". (ət-Tirmizi, 5/529 və əl-Hakim).
Bu zikri çətinliyə düşdükdə istənilən halda oxumaq olar. Bunun üçün müəyyən bir say həddi yoxdur. Həmçinin, Müsəlmanın qalası (gündəlik dua və zikrlər) kitabçasındakı digər duaları da etmək olar.