Tövratda yazılanlara inanmaq olarmı?
Sual:
Salam Aleykum 2 sualım var 1.mən Tövratda oxudumki Lut qövmü dağılandan sonra mağaraya peygember və qızları gedir. Lut peygemberin qızları atasını içirdib onunla yaxınlıq etmişdilər atası bilmirdi və hamilə olmuşdu(Yaradıldış 19:30) 2. Tövratda yazılıb ki Musa peyğəmbərin atası öz bibisi ilə evlənib belə yazılıb İmran bibisi Yuhabidlə evlənmişdi. Yuhabid ona Harunu və Musanı doğmuşdu. İmran yüz otuz yeddi il yaşamışdı.(Misirdən çıxış 6:20)
Cavab:
Aleykum salam. Uca Allah bizə Quranda bildirir ki, Tövrat və İncil təhrif olunmuşdur (dəyişdirilmişdir). Uca Allah buyurur: "Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75). Odur ki, qeyd etdiyiniz məlumatların hamısı səhvdir və Allahın peyğəmbərlərinə (Luta və Musaya) atılan böhtandır. Qurani-Kərim də bu məlumatları təkzib edir. Peyğəmbərlər Uca Allah tərəfindən seçilir və bütün günahlardan qorunurlar. Həmçinin bilmək lazımdır ki, Tövrat və İncildə gələn məlumatlar üç qisimdir:
1) Qurana müvafiq olan və Quranın təsdiqlədiyi məlumatlar - Quranda olduğu üçün biz bu məlumatları təsdiqləyirik.
2) Quranda olmayan və eyni zamanda Qurana müxalif olmayan məlumatlar - bu məlumatları təsdiqləmək olar. Məsələn Quranda adı keçməyən peyğəmbərlər barədə və s.
3) Qurana zidd olan və Quranın təkzib etdiyi məlumatlar - bu növ məlumatlara inanmaq və onları təsdiqləmək olmaz. Həmçinin oxuyun: