İncil kitabını evdə saxlamaq lazımdırmı?
Aleykum salam. Aşağıdakı səbəblərə görə Qurandan əvvəlki səmavi kitabları (Tövrat, İncil və s.) alıb oxumaq və ya evdə saxlamaq icazəli deyil:
Birincisi, onların içindəki bütün faydalı şeylər Quranda Allah tərəfindən bizə bildirilmişdir və artıq onlara ehtiyac yoxdur. Uca Allah buyurur: "O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi". (Ali İmran, 3). "Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik". (əl-Maidə, 48).
İkincisi, həmin kitablar insanlar tərəfindən dəyişdirilmiş və içərisinə yalan məlumatlar daxil edilmişdir: "Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər". (əl-Bəqərə, 75). Məsələn, İncil kitabının bir neçə versiyası var. Quran isə Allah tərəfindən mühafizə olunur, 1400 il əvvəl nazil olduğu kimi qalmışdır. Uca Allah buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
Daha ətraflı: İncil və Tövrat təhrif olunmuşdur