Qarabağ müharibəsində şəhid olana "Cənnətlikdir" demək olarmı?
Sual:
Salam, şəhidliklə bağlı suallarım var. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin hamısına cənnətlikdir demək olarmı ? Məsələn, şəhidlərin içində yəhudilər, ruslar və digər millətlərdən var. Bunlar da cənnətlik sayılırlar ? Əgər bir insan namaz qılmırsa oruc tutmursa döyüşlərdə şəhid olubsa Allah onun şəhidliyini qəbul edirmi ? Əgər bir insan şəhid olmağı niyyət etməmişdirsə, lakin şəhid olmuşdursa Allah onun şəhidliyini qəbul edir yoxsa şəhidliyin qəbul edilməsi üçün hər bir insanın niyyətində şəhidlik mütləq olmalıdır ?
Allah elminizə bərəkət versin. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara can sağlığı versin, işğal olunmuş torpaqlarımızı azad etməkdə yardımçımız olsun.
Cavab:
Və aleykum Salam. Milliyyətindən asılı olmayaraq şəhid olmaq niyyətilə vətənin, torpağın müdafiəsi uğrunda mübarizə apararkən öldürülən hər bir müsəlman Allahın izni ilə şəhidlərdən sayılır. Yəni, Allah qatında kimin həqiqətən şəhid sayılıb-sayılmaması onun niyyətindən asılıdır. Hər hansı bir müsəlman Allahın adını uca tutub torpaqları azad etmək, habelə, ailəsini, xalqını qorumaq üçün vətənin müdafiəsinin keşiyində durduqda düşməni öldürərsə, savab qazanmış olur. Həmçinin, bu yolda öldürülərsə, şəhid sayılır.
Həmçinin oxuyun: