Qarabağ müharibəsi Azərbaycan tərəfdən başlasa, bu döyüşə getmək vacibdirmi?

    30.01.2020
Kimdən: 
n
Sual: 
sala aleykum.1. Qarabag muharibesi Azerbaycan terefinden baslanilsa bu doyuse getmey icazelidirmi? Yeni dusmen hucum etmir.2. Eger valideyin heddi buluq yasina catmis ovladina namaz qilmaqa icaze vermirse,mane olursa,eger qilsa onu hedeleyirse,doyurse ve s.ne etmeli?
Cavab: 
Va aleykumus-sələm və rahmətullah.
1) Bildiyimiz kimi kafir ermənilər artıq 30 ilə yaxındır ki, torpaqlarımızın 20 faizini işğal etmişlər. Bu torpaqlarda olan məscidləri uçurmuşlar. Orada yaşayan müsəlman əhalinin bir hissəsini öldürmüş, bir hissəsi isə qaçqın olaraq yurdlarından didərgin düşmüşlər. Bu torpaqlar Azərbaycan torpaqlarıdır və əgər dövlət başçısı hücum əmrini verərsə biz azərbaycanlı müsəlmanlara bu torpaqları kafir düşməndən azad etmək vacibdir. Çünki bir müsəlmanın Allah yolunda öz torpağını, namusunu, malını qorumaq üçün vuruşması cihaddır və əgər bu yolda ölərsə o, şəhiddir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim dinini qorumaq uğrunda döyüşərsə və öldürülərsə, o şəhiddir. Kim malını qorumaq uğrunda döyüşərsə və öldürülərsə, o şəhiddir. Kim ailəsini qorumaq uğrunda döyüşərsə və öldürülərsə, o şəhiddir. Kim özünü qorumaq üçün döyüşərsə və öldürülərsə, o şəhiddir". (ət-Tirmizi, 1421). İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Məkkənin fəthi günü demişdir: "(Bu gündən etibarən artıq) hicrət etməyə lüzum yoxdur. Lakin cihad etmək və niyyət vardır. Əgər (rəhbər tərəfindən) cihada çağırılsanız, tələsin!" (Səhih əl-Buxari, 1834).
Zeyd ibn Xalid (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allah yolunda cihada gedəni təchiz edərsə, cihad etmiş kimidir. Kim də onun geridə qoyduğu ailəsinə xeyirlə sahib çıxarsa (yardım edərsə), cihad etmiş kimidir". (Səhih əl-Buxari 2843; Səhih Muslim, 1895).
Həmçinin oxuyun: Atam Vətən uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə savab qazanırmı?
2) Namaz qılmaq hər bir həddi-büluğa çatan və ağlı başında olan müsəlmana vacibdir. Namaz qılmaq Allahın əmri olduğu üçün, buna mane olan insanlara tabe olmaq lazım deyil, əksinə, gizlində də olsa, namaz qılmağa çalışmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (Səhih əl-Buxari, 6830, 7257; Səhih Muslim, 1840). Həmçin demişdir: "Xaliqə (yaradana) qarşı olan günah işlərdə məxluqa (yaradılmışa) itaət etmək olmaz". (İmam Əhməd, 1098). Sözsüz ki, övladının namaz qılmağına mane olan valideyn böyük günah edir. Lakin övlad çalışmalıdır ki, valideyninə gözəl şəkildə izah etsin, onu dəvət etsin və bu yolda qaşılaşdığı çətinliklərə səbir etsin. Həmçinin Allaha təvəkkül edib dua etsin. Daha ətraflı:
Namaz qılmaq üçün valideyndən icazə almaq vacibdirmi?
Valideynlərim namaz qılmağa qoymur, nə edim?
Teqlər: 
Paylaş: