Atam Vətən uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə savab qazanırmı?

    08.08.2014
Sual: 
salam aleykum.menim atam qarabag ugrunda geden doyuslerde istirak etmis,veteni ucun elinden gelen etmisdir.hetta nece defe yaralanmisdir.onu sorusmaq istiyirem ki menim atam Allah qatinda azda olsa savab qazanmismidir ?qazi sayilirmi?
Cavab: 

Aleykum salam. Vətəni düşməndən qorumaq Uca Allahın əmridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. Allah buyurur: "Onu evindən çıxaran yalnız Mənə olan inamı və elçilərimi təsdiq etməsidir. Mən də onu nail olduğu savab və qəni­mətlə sağ-salamat yurduna qaytaracağam, yaxud Cənnətə daxil edəcəyəm". Hərgah ümmətimi əziy­yətə salmış olmasaydım, döyüşə gedən dəstənin arxasında qalmazdım və Allah yolunda öldürülüb sonra dirildilməyimi, sonra öldü­rü­lüb yenə dirildil­mə­yimi, sonra mütləq yenə öldürülməyimi istər­dim". (əl-Buxari, 26).
Allah yolunda döyüşdə iştirak etməyin savabı böyükdür. Rəvayət edilir ki, bir gün Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdular: "Ey Allahın Elçisi! Hansı əməl Allah yolunda olan ciha­da bərabərdir?" O buyurdu: "Sizin ona gücünüz çatmaz!" (Səha­bələr bu sualı) iki və ya üç dəfə təkrar etdilər. Allah Elçisi (salləllahu aleyhi və səlləm) hər dəfə: "Sizin ona gücünüz çatmaz!" - deyirdi. Sonra belə buyurdu: "Allah yolunda olan mücahidin misalı oruc tutan, namaz qılan, Allahın ayələrinə itaət edən, dayanmadan orucu və namazı Uca Allahın yolunda olan mücahid evinə qayıdana qədər yerinə yetirənin misalı kimidir". (Muslim, 1878). Vətəni qorumaq hər bir kəsin borcudur. Buna baxmayaraq Uca Allah hər kəsə Onun xatirinə etdiyi əməlin axirətdə mükafatını verir. Daha ətraflı: Allah yolunda döyüşməyin fəziləti

Paylaş: