Valideynlərim namaz qılmağa qoymur, nə edim?
Sual:
men namaz qilmaq isteyirem ama ailem icaze vermir ne etmeliyem?
Cavab:
Salam aleykum. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095). Namaz qılmaq Uca Allahın haqqıdır. Ona görə bu məsələdə valideynlərə itaət etmək olmaz. Bir otağa girib namazı qılın. Çalışın valideynər sizi namaz qılarkən görməsinlər. Həmçinin, çalışın valideynlərinizi İslama dəvət edəsiniz. Başa salın ki, Allaha ibadət etmirsinizsə, heç olmasa başqasının ibadət etməsinə maneçilik törətməyin. Həmçinin, oxuyun:
Qaynanam namaz qılmağa qoymur
Axirətə inanmayanları dəlillər əsasında necə inandırmaq olar?